Qalxanabənzər vəz xəstəlikləri və müalicəsi
Qalxanabənzər vəz nədir?
Qalxanabənzər vəz boynun ön hissəsində, dərinin altında yerləşən kiçik, kəpənək formalı vəzdir. Əsas funksiyası metabolik sürəti, yəni maddələr mübadiləsini idarə etməkdir. Endokrin vəzi olaraq, qalxanabənzər vəz orqanizm üçün vacib olan bir sıra hormonlar ifraz edir. Bura aiddir:
Qalxanabənzər vəzin ifraz etdiyi əsas hormonlardan biri tiroksin olsa da, onun metabolizmə böyük təsiri yoxdur. Qan dövranına buraxıldıqdan sonra bədəndə T3, yəni triyodtironin hormonuna çevrilir.
Tiroksin və triyodtironin hormonları orqanizmdə nəzarət etməyə kömək edir:
Qalxanabənzər vəzin ifraz etdiyi kalsitonin hormonu isə orqanizmdə kalsium və fosfat miqdarını idarə etməyə kömək edir.
Qalxanabənzər vəzin xəstəliklərinə səbəb nədir?
Qalxanabənzər vəz tiroid hormonunu yaradan və saxlayan tiroid follikul hüceyrələrindən, eyni zamanda kalsitonin hormonu ifraz edən C-hüceyrələrindən ibarətdir. Sağlam tiroid vəzi adətən boyun-boğaz nahiyyəsinə kənardan baxıldığı zaman görünə bilməz. Lakin bir sıra hallar tiroidin böyüməsinə gətirib çıxara bilər.
Otoimmun xəstəliklər:
Tiroid xəstəliklərinin əsas səbəblərindən biri də bədənin immun sisteminin tiroid hüceyrələrinə sanki yad hüceyrələr kimi hücum etməsi, yəni özünü məhv etməsidir. Nəticə olaraq, qalxanabənzər vəz ya həddindən artıq aktiv, ya da qeyri-aktiv olur. Hipotiroidizm vəzin az fəaliyyət göstərməsi, hipertiroidizm isə fəaliyyətin normadan daha yüksək olması nəticəsində qana sintez edilən hormonların artmasıyla yaranır. Hipotireozun otoimmun formasına Haşimoto tireoiditi deyilir. Hipertiroidizmin otoimmun forması isə Qreyvs xəstəliyi adlanır.
Yod çatışmazlığı:
Tiroid hormonlarının ifrazı üçün mineral yoda ehtiyac vardır. Yodun normada olması vəzin sağlam fəaliyyət göstərməsi üçün olduqca vacibdir. Əsasən dəniz məhsullarında, yodla zəngin torpaqlarda bitən bitkilərdə və s. olur.
Düyünlər:
Qalxanabənzər vəzin həddindən artıq böyüməsi nəticəsində tiroid düyünləri əmələ gəlir. Düyünlərin əksəriyyəti xoşxassəli olsa da, bəzən əks təsirləri ilə xəstədə narahatlıq yarada bilər.
Nadir hallarda, tiroid düyünləri bu kimi simptomlarla müşahidə ediləcək dərəcədə böyüyə bilər:
Xərçəng:
Bədxassəli tiroid düyünləri və ya kistlər tiroid xərçənginə çevrilə bilər. Tiroid xərçənginin 4 əsas tipi vardır:
Qalxanabənzər vəz xəstəliklərinin əlamətləri nədir?
Tiroid xəstəlikləri fərqli simptomlara malikdir. Lakin bəzi ümumiləşdirilmiş səbəblər vardır ki, bunlar qalxanabənzər vəzin hər hansı bir problemlə üz-üzə olduğu haqqında siqnal verə bilər.
Bura aiddir:
Bu kimi simptomlarla qarşılaşdığınız zaman həkim-endokrinoloqa müraciət etməyiniz tövsiyə edilir.
Qalxanabənzər vəz xəstəliklərinin müalicəsi.
Qalxanabənzər vəz xəstəliklərinin müalicəsi simptomlara və xəstəliyin növünə əsasən fərqlilik təşkil edir. Hipertiroidizm xəstəliyinin müalicəsində tiroid hormonlarının istehsalını azaldan müxtəlif dərman preparatlarından istifadə edilir. Digər hallarda isə radioaktiv yod terapiyası və ya əməliyyat vasitəsilə xəstəliyin inkişafına müdaxilə edilə bilər. Hipotioridizm xəstəliyinin müalicəsində isə yod çatışmazlığını bərpa etmək və normada saxlamaq əsas addımdır. Bu səbəbdən yod tərkibli dərman preparatlarından istifadə edilir.
Düyün, adenoma və ya zob xəstəliyi xərçəng riski daşıdığı zaman əməliyyat tövsiyə edilə bilər.
Copyright @ 2023 Aytenbabaxanova.az.