Endokrinoloq – hormon ifraz edən vəzilər və bu hormonlarla bağlı xəstəliklərin müalicəsi ilə məşğul olan ixtisaslaşmış həkimdir. Endokrin sistemə qalxanvari vəzi, hipofiz, hipotalamus, böyrəküstü vəzilər, mədəaltı vəzi və cinsiyyət vəziləri daxildir.
Endokrin sistemdə problem aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
Endokrinoloq həkimi pasiyentin tibbi tarixçəsini öyrənir, laborator analizlər və görüntüləmə müayinələri (USM, KT, MRT) təyin edir. Əldə olunan nəticələr əsasında hormonal balans qiymətləndirilir və fərdi müalicə planı hazırlanır.
Müasir endokrinologiya dərman müalicəsi ilə yanaşı molekulyar terapiya, insulin pompaları, qidalanma proqramları və genetik analizlər kimi üsulları da əhatə edir. Vaxtında diaqnoz və düzgün müalicə sağlam həyatın əsas açarıdır.
Hormonal pozğunluqlar uzun müddət simptomsuz qala bilər. Lakin vaxtında endokrinoloq müayinəsi aparılmasa, şəkərli diabet, metabolik sindrom, sonsuzluq, hipertoniya və osteoporoz kimi ciddi fəsadlara səbəb ola bilər.
Hormonal problemlər, şəkərli diabet, zob, piylənmə və digər endokrinoloji xəstəliklər üzrə peşəkar yardım üçün Endokrinoloq Dr. Aytən Babaxanova-ya müraciət edə bilərsiniz. Qəbul üçün buradan onlayn yazılın.
Piylənmənin Müalicəsi – Arıqlaya Bilmirəm? Səbəbləri, Diaqnostikası və Müasir Müalicə Yolları
Ən yaxşı endokrinoloq
Piylənmənin Müalicəsi
Hormonal Pozğunluqlar
Copyright @ 2023 Aytenbabaxanova.az.