Hipofiz vəzi şişləri
Hipofiz vəzi nədir?
Hipofiz beynin, kəllə sümüyünün altında yerləşən kiçik vəzidir. Hipofiz vəzi beynin endokrin sistemlə əlaqəsini təmin edən hipotalamusla birbaşa əlaqəlidir. Hipofiz vəzi 6 əsas hormon ifraz edir:
Hipofiz şişləri nədir?
Şişlər hipofiz vəzində inkişaf edən qeyri-adi böyümələrdir. Onlar vəzin funksiyalarına əks təsir göstərməklə hormonların normadan çox və ya az ifraz olunmasına gətirib çıxarırlar. Hipofiz şişləri bir çox hallarda xoşxassəli olur ki, bu tipli böyümələr hipofiz adenomaları adlanır.
Hipofiz adenomalarının növləri hansılardır?
Hormon istehsalına əsasən təsnif edilən 2 növü vardır:
Ölçülərinə əsasən təsnif edilən xoşxassəli hipofiz şişləri:
Hipofiz şişləri təbiətinə görə də 2 cür təsnif edilir:
Bədxassəli şişlər hesab edilən hipofiz karsinomalarına nadir hallarda rast gəlinir. Əksərən yaşlı insanlarda əmələ gəlir. Hipofiz karsinomaları hətta mikroskop müşahidəsində belə hipofiz adenomalarına hədsiz bənzəyir. Beyinə, onurğa beyninə, beyin qişalarına və ya hipofiz ətrafındakı sümüklərə yayılan şişlər görülürsə, bu hipofiz karsinomalarının əlamətlərindədir.
Hipofiz vəzi şişlərinin simptomları hansılardır?
Böyümə hormonu istehsal edən hipofiz şişlərinə somatotrof adenomalar deyilir. Bu isə akromeqaliyaya səbəb olur.
Simptomları:
Adrenokortikotrop hormon istehsal edən hipofiz şişlərinə kortikotrof adenomalar deyilir. Bu hormon, böyrəküstü vəzilərin kortizol hormonunu istehsal etməsinə səbəb olur. ACTH şişləri böyrəküstü vəziləri çox kortizol istehsal etməyə təhrik edir. Bu, Kuşinq xəstəliyi adlanan bir vəziyyətə səbəb olur.
Simptomları:
Hormonlar az ifraz olunduqda:
Prolaktin hormonu qadınlarda çox ifraz olunduqda:
Prolaktin hormonu kişilərdə çox ifraz olunduqda:
Hipofiz vəzi şişlərinin müalicəsi
Hipofiz şişləri xüsusilə də gözə təzyiq göstərdikləri zaman onların cərrahi üsulla çıxarılması əsas hesab olunur. Cərrahiyyə əməliyyatı keçirə bilməyən xəstələrdə və ya əməliyyatdan sonra geri qayıdan şişlərin müalicəsində radioterapiyadan istifadə edilə bilər.
Şişlərin yaranma səbəbi, növü və fəsadları nəzərə alınaraq həkim tərəfindən uyğun müalicə metodu təyin edilir.
Copyright @ 2023 Aytenbabaxanova.az.