Zob xəstəliyinin müalicəsi

  • Home
  • Blog
  • Zob xəstəliyinin müalicəsi

Zob xəstəliyinin müalicəsi

  • 1744 views
  • 29 May 2024

Zob nədir?

Boynun aşağı ön hissəsində, nəfəs borusu ətrafında yerləşən qalxanabənzər vəzinin böyüməsi və şişməsi "zob xesteliyi" adlanır. 
Xüsusilə yod çatışmazlığı olan insanlarda tez-tez zob xəstəliyi rast gəlinir. Azərbaycanda gender bölgüsünə baxsaq qadınlar kişilərdən daha çox zob xesteliyi tuturlar.

Zob xəstəliyində qalxanabənzər vəzi düyünlü və ya düyünsüz bir şəkildə böyüyür. 
Qalxanabənzər vəzinin düyünlü bir şəkildə böyüməsi “düyünlü zob”, düyünsüz bir şəkildə böyüməsi isə “düyünsüz zob” adlanır.

Zob xəstəliyində şişmiş düyünlər bədxassəli olduğunu təxmin edilərsə cərrahi müdaxilə seçimi də həkimlər tərəfindən qərar verilə bilər.

Qalxanabənzər vəz böyüsədə əgər qida və ya nəfəs borusuna maneə törətmirsə xəstəyə heç bir çətinlik yaratmaz. Lakin qalxanabənzər vəzin həddindən artıq şişməsi halı müşahidə edilərsə beləki bu hala "zəhərli zob"-da deyilir, bu zaman cərrahi müdaxilə və ya yod müalicəsi tətbiq edilə bilər.

Zob xəstəliyinin yaratdığı ilkin çətinliklər öskürək, udqunma və nəfəs alma çətinlikləridir. Əgər qalxanabənzər vəzin ölçüsü kiçik olarsa belə problemlərə rast gəlinmir və müalicəyə ehtiyac qalmır.

 

Zob xəstəliyinin növləri 


Zobun böyümə formasına və nizamsızlıqlarına görə bir neçə növü vardır. Onlardan bir neçəsilə aşağıdakı məlumatlardan tanış ola bilərsiniz. 

  • Qalxanabənzər vəzinin düyün səbəbiylə böyüməsi nəticəsində yaranan zob düyünlü zob adlanır. Düyünlü zobun bir neçə xüsusiyyətindən asılı olaraq xoşxassəli və bədxassəli olmaqla 2 fərqli növünə rast gəlmək mümkündür.
  • Düyünlü zob eyni zaman da bir neçə xəstəliklərə də yol açmaqdadır. Onlardan Xərçəng, Hipertiroid, nəfəs borusu çətinlikləri kimi xəstəlikləri də nümunə göstərə bilərik.

Düyünlü zob əlamətləri 
Düyünlü zob düyünləri böyük və kiçik olmaqla dəyərləndirilir.

Kiçik ölçülü düyünlü zob adətən müayinə əsasında ortaya çıxır. 

Böyük ölçüsü düyünlü zob simptomları aşağıdakılardır:

  • Nəfəs alma və udqunma zamanı boğazda sıxılma hissi
  • Boğaz ağrısı
  • Səsin dəyişkənliyi

 

Zəhərli zob haqqında

Zəhərli zob xəstəliyi qalxanabənzər vəzdə ən çox rast gəlinən xəstəliklərindən biridir. Zəhərli zob nədir? sualına cavab olaraq bu xəstəliyin immunitet sistemi xəstəliyi olduğunu deyə bilərik.

Bu xəstəlikdə vəzi diffuz şəkildə böyüyür. Bəzi hallarda qalxanabənzər vəzidə olan düyünlər öz-özünə artıq hormonlar ifraz etməyə başlayır.

 

Zəhərli zob əlamətləri

Zəhərli zobun simptomları ilkin dövrdə kifayət qədər yüngül olsa da, xəstəlik irəlilədikcə kəskinləşməyə başlayır. 
Zəhərli zob əlamətləri arasında ən çox görülən simptom həssaslıq və istiliyə qarşı dözümsüzlükdür. Zob boyunun qalınlaşması, qabarıq gözlər və dəridə bəzi əlamətlərlə müşahidə edilir. Xəstəlik şiddətləndikdə qalxanabənzər vəzi toxunaraq və ya görərək hiss etmək mümkündür. Xəstələrdə ən çox görülən zob xesteliyi elametleri aşağıdakılardır:

  • Ürək döyüntülərinin artması
  • Tez-tez tərləmə
  • Saç tökülməsi
  • Əl və ayaqların əsməsi
  • Qadınlarda menstrual dövrünün pozulması
  • Cinsi istək hissinin azalması
  • Gözlərin böyüməsi

 

Zəhərli zob necə müalicə edilir?

Zəhərli zob xəstəliyinin müalicəsində müxtəlif variantlar istifadə edilir. 
Dərman müalicəsinə qərar verilən və tətbiq edilən xəstələrdə 12-15 aya qədər dərman müalicəsi tətbiq oluna bilər. Dərman dayandırıldıqda xəstəlik təkrarlanırsa, cərrahi müdaxilə tövsiyə edilməlidir.

 

Ən yaxşı zob həkimi 

Azərbaycanda ən yaxşı zob həkimi tapmaq üçün müxtəlif mənbələrdən istifadə edərək həkim və klinikalar tapa bilərsiniz. Əgər siz də doğru həkimdən effektiv müalicə almaq istəyərək xəstəlikdən qısa zaman ərzində qurtulmaq istəyirsinizsə Bizimlə əlaqə saxlaya bilərsiniz.