Endokrinologiya nədir və endokrinoloq kimdir?
Endokrinologiya nədir?
Endokrinologiya yunan sözü olub (endo-daxili, krino-sekresiya, logos-elm) hormonları, daxili sekresiya vəzilərini, bir sözlə, endokrin sistemi öyrənən bir elmdir. İfrazatın açıldığı yerə görə vəzlər iki qrupa ayrılır:
Endokrin vəzlərin sekresiya, yəni ifrazat məhsulu hormon adlanır. Mənası qıcıqlandırmaq, hərəkətə gətirmək deməkdir. Bədənin müxtəlif hissələri ilə əlaqə yaratmağa kömək edir. Bundan əlavə hormonlar bir çox müxtəlif proseslərdə iştirak edirlər. Bura aiddir:
Endokrin sistem hormonları yaradan və ifraz edən toxumalardan ibarətdir. Onlar bədənimizin həyati funksiyalarını tənzimləmək üçün birlikdə işləyir.
Bura aiddir:
Endokrin funksiya – qan dövranında şəkərin miqdarını tənzimləyən hormonlar ifraz edir.
Ekzokrin funksiya – həzmə kömək edən fermentlər istehsal edir.
Tip 1 və Tip 2 diabet ümumi pankreas xəstəlikləridir. Bura pankreatit və pankreas xərçəngi də aiddir.
Endokrinoloq kimdir?
Endokrinologiya sahəsi üzrə mütəxəssis şəxsə endokrinoloq deyilir. Endokrinoloqlar hormonlar və hormonabənzər maddələr ifraz edən daxili sekresiya vəzilərinin funksional pozğunluğu, onların düzgün diaqnostikası və müalicəsi məşğul olurlar.
Xroniki halsızlıq və yorğunluq, tənbəllik, dəri quruluğu, qəbizlik, gözdə bulanıqlıq, həzm pozğunluğu, sümük və əzələ ağrıları, yaddaş pozğunluğu, ishal, yuxu pozğunluğu və s. kimi əlamətlər birincil olaraq endokrinoloqa müraicət etməli olduğunuzu göstərir.
Bəzi pozğunluqlar endokrin sistemdən qaynaqlanmasa da, onları əhatə edir. Belə olduğu zaman endokrinoloq ilkin tibbi yardım həkimi və ya digər mütəxəssis ilə birlikdə işləyə bilər.
Bundan əlavə, fiziki aktivliyin və qida prosesinin nəzarətdə saxlanılmasına baxmayaraq çəkidə hədsiz artımı və ya hədsiz arıqlama müşaiyət edilərsə, menstural tsiklin pozulması, tüklənmə, dərinin yağlılığının artması, pataloji tərləmə və s. kimi hallarda endokrinoloqa müraciət etmək lazımdır.
Endokrin xəstəliklər hansılardır?
Endokrinoloq Həkimi
Endokrinoloq Aytən Babaxanova
Şəkərin Əlamətləri
Endokrinoloq Kimdir?
Copyright @ 2023 Aytenbabaxanova.az.