Tüklənmə (Hirsutizm) nədir?
Tüklənmə nədir?
Tüklənmə, yəni hirsutizm qadınlarda genital və qoltuqaltı nahiyə xaric olmaqla, digər androgenə həssas olan bölgələrdə piqmentsiz, nazik tüklərin qalın, piqmentli tüklərə çevrilməsidir. Tüklənmə androgen hormonlarının həddindən artıq ifraz olunmasının əsas əlamətlərindən biridir.
Struktur olaraq 3 tük növü vardır:
Yeniyetməlik dövründə qızlarda böyrəküstü vəzi, oğlanlarda böyrəküstü vəzi və testislərin androgen hormonları ifraz etməsiylə vellus tüklər terminal tüklərə çevrilməyə başlayır, yəni incə və qısa tüklər piqmentli, qalın tüklərə çevrilir. Qızlarda bu proses genital bölgədə və qoltuqaltı nahiyəsində baş verir. Bədənin digər hissələrinin androgen hormonlara qarşı həssaslığının artması tüklənməyə səbəb olur.
Bəs bu tüklərin əsas fərqləri nələrdir?
Terminal tüklər – uzun, qalın və piqmentli tüklərdir.
Vellus tüklər – androgenə həssas olmayan bölgələrdə olur. Lanugo tüklərindən bir qədər uzun, piqmentsiz və yumşaq tüklərdir.
Lanugo tüklər – doğulduqdan sonraki ilk aylarda yox olurlar, piqmentsiz, yumşaq və qısa tüklərdir.
Tüklənmə hansı səbəblərdən yaranır?
Hirsutizm tipli tüklənmə adətən sinə, çənə, qarın və ağız ətrafı hissələrdə daha çox nəzərə çarpır. Bəs tüklənmə hansı səbəblərdən yaranır?
Bunlardan əlavə bəzi dərman preparatları da vardır ki, onlar hormonal balansı zədələyərək tüklənməyə gətirib çıxarır.
Hirsutizm özünü hansı əlamətlər ilə biruzə verir?
Yeniyetməlik dövründən əvvəl hirsutizm simptomları aşkar edilərsə, bu əksər hallarda hormonal pozğunluqlar ilə bağlı olur və ətraflı müayinə edilməsi tövsiyə edilir.
Androgen hormonların həddindən artıq ifrazı nəticəsində:
Hirsutizmi olan qadınların keçəlləşmə və döş toxumalarında əks fəsadların yaranmaması üçün vaxtında tibbi müdaxilə edilməsi vacibdir.
Hirsutizm və Hipertrixozun fərqi nədir?
Hirsutizm tipli tüklənmə androgenə həssas bölgələrdə - üz, qarın və kürək nahiyəsində meydana gəlir. Hipertrixoz androgen hormonunun artıq ifraz edilməsi ilə əlaqəli olmayan tüklənmə tipidir. Bir çox hallarda genetik faktorlardan asılı olaraq yaranan hipertrixoz bədənin hər yerində eyni dərəcədə baş verən tüklənmədir və tüklərin hirsutizmdə rast gəlinənə nisbətən daha yumşaq, zərif olması ilə xarakterizə edilir. Digər fərqli cəhətlərdən biri də hipertrixozun sadəcə qadınlarda deyil, kişilərdə də eyni əlamətlər ilə meydana gəlməsidir. Genetik mutasiyalar hipertrixoz tipli tüklənmənin tez-tez rastlanan səbəblərindən hesab olunur.
Hirsutizm tipli tüklənmənin müalicəsi varmı?
Tüklənmənin yaranma səbəbləri və dərəcəsinə əsasən müalicənin gedişatı fərqlilik təşkil edə bilər. Hirsutizmin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:
Hormonal disbalans müəyyən edildikdə tarazlığı təmin etmək məqsədilə ilk öncə səbəblər araşdırılır və bu səbəblərə uyğun olaraq müalicə proseduru davam etdirilir.
Hormon səviyyəsində balansın qorunmasına baxmayaraq tüklənmə prosesi baş verirsə, bu zaman təraş, mum və ya lazer epilyasiyası kimi lokal prosedurlar tətbiq oluna bilər.
Hirsutizmə səbəb ola biləcək dərman preparatlarından istifadə edirsinizsə, həkiminizlə məsləhətləşməyiniz sizi ehtimal olunan mənfi təsirlərdən qoruyacaqdır.
Hirsutizm barədə bütün suallarınızı həkimlərimizə yönləndirərək dolğun məlumat ala bilərsiniz. Bu linkə daxil olaraq ətraflı suallarınızı bizə yönləndirin.
Copyright @ 2023 Aytenbabaxanova.az.