Qadınlarda tüklənmə (hirsutizm və hipertrixoz) hormonal pozğunluqların ən geniş yayılmış əlamətlərindən biridir. Bu vəziyyət endokrinoloq tərəfindən mütləq araşdırılmalı və düzgün müalicə olunmalıdır.
Qadınlarda genetik, iqlim və ailə faktorlarına bağlı olaraq üz, qollar və bədəndə tüklənmə müşahidə oluna bilər. Lakin patoloji tüklənmə endokrinoloji problemlərin – əsasən hormonal pozğunluqların göstəricisidir. Hirsutizm zamanı qadınlarda kişi hormonlarında yüksəlmə və ya tüklərin hormonlara həssaslığı artır.
Tüklənmə şikayəti ilə müraciət edən hər bir qadında endokrinoloq detallı müayinə aparmalıdır. Müayinə zamanı hormon analizləri, ultrasəs və digər diaqnostik üsullar tətbiq olunur. Bu yolla hirsutizm və hipertrixozun səbəbi aydınlaşdırılır və effektiv müalicə planı qurulur.
Əgər tüklənmə, hormonal pozğunluqlar və ya digər endokrinoloji problemlər sizi narahat edirsə, vaxt itirmədən peşəkar endokrinoloq ilə məsləhətləşin. Erkən diaqnoz və düzgün müalicə sağlam həyatın açarıdır.
Hipertrixoz həm qadın, həm də kişilərdə normaldan artıq tüklənmə ilə müşahidə olunan bir vəziyyətdir. Bu, bədənin hər hansı bir hissəsində ola bilər və səbəbi genetik faktorlar, dərman qəbulu və ya digər metabolik xəstəliklər ola bilər.
Hirsutizm qadınlarda kişi tipli tüklənmənin (üz, çənə, sinə, qarın və bel bölgəsində) artması ilə xarakterizə olunan endokrin pozğunluqdur. Bu hal çox vaxt hormonal disbalans, polikistik yumurtalıq sindromu (PKOS) və ya androgen hormonlarının artması ilə əlaqəlidir.
Hirsutizm - qadınlarda kişi tipli tüklənmədir və əsasən hormonal pozğunluqlar nəticəsində yaranır.
Hipertrixoz - həm qadın, həm kişilərdə, istənilən bədəndə ola bilən həddindən artıq tüklənmədir və çox vaxt genetik və digər səbəblərlə bağlıdır.
Bəli, Hirsutizm və hipertrixozun müalicəsi mümkündür və əsas bu səbəblərdən asılıdır:
Hormonal balansı bərpa edən müalicə
Endokrinoloji nəzarət və dərmanlar
Lazer epilyasiya və dermatoloji yanaşmalar
Sağlam həyat tərzi və pəhriz
Bu problemlər birbaşa endokrinoloqun ixtisas sahəsinə aiddir. Endokrinoloq həm hormonal səbəbləri araşdırır, həm də fərdi müalicə planı tərtib edir.
Əgər sizdə hormonal tüklənmə, hirsutizm və ya hipertrixoz əlamətləri varsa, vaxt itirmədən endokrinoloqa müraciət edin.
Endokrinoloqla Əlaqə və ya online müraciət forması vasitəsilə görüş təyin edin.
Endokrinoloq tərəfindən aparılan müayinə və aşağıdakı analizlərlə diaqnostika olunur;
Qanda hormon səviyyələri (TSH, LH, FSH, testosteron, DHEAS və s.)
Şəkər və insulin göstəriciləri
Yumurtalıq və böyrəküstü vəzin ultrasəs və ya MR müayinəsi
Əlavə genetik və biokimyəvi analizlə
✔ Polikistik yumurtalıq sindromu (PKOS)
✔ Hormonal pozğunluqlar (androgen, kortizol artışı)
✔ Böyrəküstü vəz xəstəlikləri
✔ İrsi faktorlar
✔ Bəzi dərmanların istifadəsi
Copyright @ 2023 Aytenbabaxanova.az.