Bakıda peşəkar endokrinoloq seçərkən həkimin təcrübəsi, ixtisası, xəstələrin rəyləri və klinikanın tibbi avadanlıqları nəzərə alınmalıdır. 19 illik təcrübəyə malik Dr. Aytən Babaxanova bu sahədə tanınmış endokrinoloqdur.
Endokrinoloq aşağıdakı xəstəliklərin müalicəsi ilə məşğul olur:
Şəkərli diabet, Qalxanvari vəz xəstəlikləri (hipotireoz, hipertiroidizm, zob), Piylənmə və maddələr mübadiləsi pozğunluqları, Hormon çatışmazlığı və endokrin şişlər, Hirsutizm və reproduktiv endokrin problemlər
Endokrinoloq – hormonlar, qalxanvari vəzin, böyrəküstü vəzi, hipofiz və digər daxili sekresiya vəzilərinin xəstəliklərini diaqnostika və müalicə edən ixtisaslaşmış həkimdir. O, həmçinin şəkərli diabet, zob, piylənmə və digər metabolik pozğunluqların müalicəsi ilə məşğul olur.
Endokrinoloq qəbuluna yazılmaq üçün Endokrinoloqla Əlaqə və ya birbaşa zəng edərək qeydiyyatdan keçə bilərsiniz. Online müraciət forması vasitəsilə də endokrinoloq qəbuluna yazılmaq mümkündür.. Dr. Aytən Babaxanova pasiyentlərini klinika vasitəsilə qəbul edir.
İlk müayinədə endokrinoloq sizin şikayətlərinizi dinləyir və fərdi yanaşmaya əsasən analizlər təyin edir. Ən çox istənilən analizlərə qan şəkəri, TSH, T3, T4, insulin, HbA1c, ultrasəs müayinələri və geniş hormon panelləri daxildir. Bu nəticələr əsasında endokrinoloq diaqnoz qoyur və müalicə planını müəyyənləşdirir.
Copyright @ 2023 Aytenbabaxanova.az.