Böyrəküstü vəzilər insanın endokrin sisteminin vacib orqanlarından biridir. Bu vəzilər hormon sintezi və qana ifrazı vasitəsilə maddələr mübadiləsini, stresə reaksiyanı, qan şəkərinin səviyyəsini, piy və karbohidrat balansını tənzimləyir. Onlar həmçinin ürək-damar, mədə-bağırsaq sistemi və sinir sistemi ilə sıx əlaqədə fəaliyyət göstərir.
Böyrəküstü vəzilər maraqlı quruluşa malikdir – biri üçbucaq, digəri yarımdairə formasındadır. Onlar nazik fibroz kapsulda yerləşir. Üst hissə – qabıq maddəsi cinsi hormonlar, steroid və kortikosteroidlərin ifrazına cavabdehdir. Daxili – beyin maddəsi isə sinir hüceyrələri ilə zəngindir və adrenalin, noradrenalin və dopamin kimi katexolaminlər ifraz edir.
Endokrinoloqlar böyrəküstü vəzi problemlərini iki əsas qrupa ayırır:
Əlamətlər əsasən hansı hormonun disbalansda olmasından asılıdır, lakin ümumi simptomlar bunlardır:
Diqqət! Kəskin böyrəküstü vəzi çatışmazlığı (adrenal kriz) həyati təhlükəli olub, təcili tibbi müdaxilə tələb edir.
Endokrinoloq böyrəküstü vəzilərdə pozuntu şübhəsi olduqda aşağıdakı müayinələri təyin edir:
Müalicə xəstəliyin tipindən asılıdır. Əgər konservativ üsullar kifayət etmirsə, hormon əvəzedici terapiya və ya cərrahi müdaxilə tətbiq olunur. Erkən diaqnoz qoyulduqda böyrəküstü vəz xəstəlikləri uğurla müalicə edilə bilər. Xalq təbabəti reseptləri yalnız həkim nəzarəti ilə və əsas müalicəyə əlavə olaraq istifadə oluna bilər.
Böyrəküstü vəzi xəstəlikləri endokrin sistem pozğunluqlarıdır və onların düzgün müalicəsi yalnız endokrinoloq həkim tərəfindən aparılır.
Əgər sizdə hormonal pozğunluq, təzyiq dəyişiklikləri, səbəbsiz yorğunluq və ya adrenal xəstəlik əlamətləri varsa, vaxt itirmədən endokrinoloq Dr. Aytən Babaxanovaya müraciət edin.
Endokrinoloqla Əlaqə saxlayın və sağlamlığınızı qoruyun.
Böyrəküstü vəzi böyrəklərin üstündə yerləşən kiçik, lakin çox vacib endokrin vəzidir. O, kortizol, adrenalin, aldosteron və digər hormonları ifraz edərək orqanizmdə stressə cavab, qan təzyiqi, su-duz balansı və maddələr mübadiləsini tənzimləyir.
Hormonal terapiya ilə çatışmayan hormonların bərpası
Dərman müalicəsi ilə artıq hormonların azaldılması
Cərrahi müdaxilə (şiş və ya digər ciddi patologiyalar zamanı)
Pəhriz və həyat tərzi dəstəyi
Endokrinoloq tərəfindən aparılan müayinə:
Qanda kortizol, aldosteron, ACTH və digər hormon testləri
Qanda şəkər və elektrolitlərin yoxlanılması
MRT və ya KT müayinəsi ilə böyrəküstü vəzinin görüntülənməsi
Genetik analizlər (lazım olduqda)
Səbəbsiz yorğunluq və zəiflik
Tez-tez təzyiqin yüksəlməsi və ya düşməsi
Çəki dəyişikliyi (artma və ya kəskin arıqlama)
Qan şəkərində dalğalanmalar
Dərinin qaralması (hiperpigmentasiya)
Əsəbilik, yuxusuzluq, əhval dəyişiklikləri
Addison xəstəliyi – böyrəküstü vəzin kortizol və aldosteron ifrazının azalması
Kușinq sindromu – kortizolun artıq ifrazı
Adrenal şişlər – xoş və ya bədxassəli ola bilər
Feoxromositoma – adrenalin və noradrenalin hormonlarının həddindən artıq ifrazı
Konjenital adrenal hiperplaziya – genetik səbəblərlə hormon pozğunluğu
Copyright @ 2023 Aytenbabaxanova.az.